30 iyul 2024 at 12:08
Jurnalist kodu: 5564
Xəbər kodu: 85553013
T T
0 Persons
Prezident: Müsəlman ölkələri ilə əlaqələrin gücləndirilməsi 14-cü hökumətin xarici siyasət prioritetlərindən biridir

Tehran - İRNA - Prezident müsəlman ölkələri ilə əlaqələri gücləndirmək, eləcə də islam cəmiyyətlərində sinerji yaratmaq səylərini hökumətinin xarici siyasətinin prioritetləri sırasına daxil edib və sionistlərin vəhşiliyi ilə mübarizədə və Qəzzada bu rejimin cinayətlərinin dayandırılmasında İslam ümmətinin birliyinin vacibliyini vurğulayıb.

Bazar ertəsi, 29 iyul 2024-cü ildə doktor Məsud Pezeşkiyan İran İslam Respublikasının 14-cü dövrünün andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Livan Hizbullahının baş katibinin müavini Nəim Qasim ilə görüşdü. O, sionist rejimin təcavüzü və cinayətlərinə qarşı Hizbullahın cəsur mücahid və döyüşçülərini alqışlamaqla yanaşı, müqavimət cəbhəsini dəstəkləməyi şəri vəzifə və İran İslam Respublikasının əsas siyasətlərindən biri adlandırıb. 

Prezident sionist rejimin məzlum Qəzza xalqına qarşı törətdiyi dəhşətli cinayətləri və ABŞ və bəzi Qərb ölkələrinin bu cinayətlərə himayəçiliyi və dəstəyini insan haqları iddiaçılarının tarixində növbəti bir ləkə adlandırıb və əlavə edib: Əgər İslam ölkələri və müsəlman xalqlar vəhdət və birliklərini qoruyub saxlasaydılar və İslam Peyğəmbərinin (s) tövsiyə və əmrinə əsasən “tək əl” olsaydılar, sionist rejim və onun tərəfdarları heç vaxt məzlum və müsəlman Fələstin xalqına qarşı belə cinayətlərə yol verməzdilər. 

Pezeşkiyan müsəlman ölkələri ilə əlaqələrin gücləndirilməsi və inkişafı, eləcə də İslam cəmiyyətlərində konvergensiya və sinerji yaradılması səylərini hökumətinin xarici siyasətinin prioritetləri sırasında olduğunu bildirdi. O, sionistlərin vəhşiliyi ilə mübarizədə və bu rejimin Qəzzadakı cinayətlərinin dayandırılmasında İslam ümmətinin birliyinin zəruriliyini vurğulayıb. 

Bu görüşdə Hizbullahın Livandakı baş katibinin müavini Şeyx Nəim Qasim doktor Pezeşkiyanın İran prezidenti seçilməsi münasibətilə yenidən təbrik edərək, prezidentin Hizbullahın baş katibi Seyid Həsən Nəsrullahın mesajına cavabında onu ata və qardaş kimi səciyyələndirib. O, ümidvar olduğunu bildirib ki, İran İslam Respublikası sizin imkan və şəxsiyyətinizə və idarəçilik keyfiyyətlərinizə arxalanaraq, keçmişdən daha çox tərəqqi və uğura doğru addımlar atacaq. 

O, Livan Hizbullahının özünü İmam Xomeyni (r.ə.) və İslam İnqilabının övladı hesab etdiyini və inqilabın dəyərli ideallarının həyata keçirilməsi üçün üzərinə düşəni reallaşdırmaqda çalışacağını bildirib və Hizbullah müqavimətinin son illərdə əldə etdiyi nailiyyətlər və hərəkətləri izah edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .